Sumqayıtda qazilərlə görüş keçirilib

Tokio, 18 oktyabr , /AJMEDIA/

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzi və Şəhər Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Vətən müharibəsinin bir qrup qazisi ilə görüş keçirilib. “Vətəni yaşadan igid oğullar” adlı görüş Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlayıb.
AJMEDIA xəbər verir ki, qonaqları salamlayan Heydər Əliyev Mərkəzin direktoru Vüsalə Qurbanova torpağımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması yolunda canını qurban verən şəhidlərə, sağlamlığını itirmiş qazilərə xalqımızın sonsuz hörmət və ehtiramından, Ali Baş Komandan, Prezident İlham Əliyevin yeritdiyi uzaqgörən siyasətdən söhbət açıb və görüşdə iştirak edən qazilərə öz minnətdarlığını bildirib.
Şəhər Mədəniyyət evinin direktoru Elnarə Rəşidova 44 günlük müharibədə Vətən oğullarının şücaətindən danışıb. O, tədbirdə iştirak edən qazilər Vidadi Əliyev, Elmin Həsənov, Həsən Yaqubovun həyat və keçdikləri döyüş yolu haqqında məlumat verib.
Sonra videoçarx nümayiş olunub.
Vətən müharibəsi qaziləri cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin şərəfli döyüş yollarından söz açıblar. Qazilər onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.
Görüşdə Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şəhər bölməsinin məsləhətçisi, “Mədəni İnkişaf Təbliği İctimai Birliyinin sədri, “Zərif” qadın ədəbi məclisinin sədri Xatirə Fərəcli, şəhidlər Aqil Salyayevin, Elnur Abdullayevin və Vüsal Muradovun anaları çıxış ediblər.
Tədbir ədəbi-bədii proqramla davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts