“Squid Game” serialı realiti-şouya çevrilir

Tokio, 16 iyun , /AJMEDIA/

“Netflix” reytinqlərdə ilk sırada yer alan “Squid Game” serialını realiti-şouya çevirir.
AJMEDIA xəbər verir ki, bu barədə platformanın prodüseri Brendon Riqq məlumat yayıb. O bildirib ki, şou üçün artıq kastinqlərə start verilib. Müsabiqədə iştirak üçün dünyanın hər bir ölkəsindən ingilis dilində danışan şəxslərin müraciət etmək hüququ var. Yarışmada 456 nəfər iştirak edəcək və onlar 4,56 milyon dollar (təxminən 7 milyon 752 min manat) uğrunda mübarizə aparacaqlar.
Serialda olduğu kimi, realiti-şouda da oyunçular verilən tapşırıqları yerinə yetirəcəklər.
Qeyd edək ki, serialın ikinci mövsümü də çəkiləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts