Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 468 yoluxma faktı qeydə alınıb

Tokio, 21 avqust , /AJMEDIA/

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 468 yoluxma faktı qeydə alınıb, 396 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 807 min 984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 794 min 621 nəfər müalicə olunaraq sağalıb, 9 min 784 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 579 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 120, bu günə qədər isə ümumilikdə 7 milyon 116 min 736 test icra olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts