Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 452 yoluxma faktı qeydə alınıb

Tokio, 7 avqust , /AJMEDIA/

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 452 yoluxma faktı qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 801 min 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 788 min 612 nəfər müalicə olunaraq sağalıb, 9 min 760 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 98 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 750, bu günə qədər isə ümumilikdə 7 milyon 66 min 158 test icra olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts