Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 151 yoluxma faktı qeydə alınıb

Tokio, 17 iyul , /AJMEDIA/

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 151 yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 794 min 398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 961 nəfər müalicə olunaraq sağalıb, 9 min 723 nəfər vəfat edib. Aktiv xəstə sayı 714 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 487, bu günə qədər isə ümumilikdə 6 milyon 999 min 322 test icra olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts