SOCAR yeni tədris ilində Ukrayna məktəblilərinə yardım edib

Tokio, 6 sentyabr, /AJMEDIA/

Yeni tədris ili münasibətilə “SOCAR Energy Ukraine” təşkilatçılığı ilə Ukrayna məktəblilərinə dəyəri 6 min dollara yaxın olan yardım edilib.

AJMEDIA xəbər verir ki, bu vəsait hesabına alınan məktəb və dərs ləvazimatları əsasən maddi və sosial vəziyyəti aşağı olan ailələrə paylanılıb. Yardım 3 mindən çox uşağı əhatə edib.

Qeyd edək ki, “SOCAR Energy Ukraine” qısa müddətdə ölkədə çoxmilyonluq sərmayə qoyuluşuna malik olub. Sosial-mədəni layihələrə 6 milyon dollardan çox yatırım qoyub. Şirkət tərəfindən həyata keçirilən layihələr Ukraynanın infrastrukturunun və iki ölkə münasibətlərinin inkişafında müstəsna rol oynayır. “SOCAR Energy Ukraine” təkcə 2020-ci ildə Ukrayna büdcəsinə 1,5 milyard qrivna vergi ödəyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts