Sinoptiklərdən xəbərdarlıq: Temperatur enəcək, intensiv yağış, qar yağacaq

Tokio, 11 dekabr, /AJMEDIA/

Sinoptiklər Azərbaycanın rayonlarında gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən
AJMEDIA-ya verilən məlumata görə, dekabrın 12-si axşam şimal-şərq, şərq rayonlarından başlayaraq dekabrın 15-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Şərq küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts