Şahmatçılar Ağbulaqda təlim-məşq toplanışında olublar

Tokio, 7 avqust , /AJMEDIA/

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası yuxarı yaş kateqoriyalı şahmatçılar üçün Ağbulaq İstirahət Mərkəzində üçgünlük təlim-məşq toplanışı təşkil edib.
AJMEDIA xəbər verir ki, təlim-məşq toplanışında muxtar respublikada fəaliyyət göstərən şahmat məktəblərindən, ümumilikdə, 30 şagird və 4 müəllim iştirak edib. Zəka sahibləri 3 gün ərzində intensiv təlim-məşqlərini davam etdiriblər.
Beynəlxalq usta Toğrul Həsənzadə “Oyun ortasındakı vəziyyətlər və passiv fiqurun aktivləşdirilməsi” mövzularında və başqa öyrədici mövzularda şahmatçılarla biliklərini bölüşüb.
Təlim-məşq toplanışı çərçivəsində şahmatçıların istirahəti də təşkil olunub, onlar mərkəzin imkanlarından yararlanıb, şahmat yarışlarında iştirak ediblər.
Qeyd edək ki, təlim-məşq toplanışının keçirilməsində məqsəd gənc şahmatçıları qarşıdakı turnirlərə hazırlamaq, onların oyun təcrübəsini artırmaqdan ibarət olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts