Sabah paytaxtda 36, bəzi bölgələrdə isə 39 dərəcə isti olacaq

Tokio, 28 avqust , /AJMEDIA/

Azərbaycanda avqustun 29-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24°, gündüz 33-36° isti, Bakıda gecə 21-23°, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində – 761 millimetr civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 30-35 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 35-39° isti, dağlarda gecə 11-16°, gündüz 23-28° isti olacağı proqnozlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts