Sabah bəzi yerlərdə duman olacaq

Tokio, 19 aprel , /AJMEDIA/

Azərbaycanda aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Cənub küləyi əsəcək, günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturunun gecə 9-12°, gündüz 13-18° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə havanın az yağıntılı olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22°, bəzi yerlərdə 26°-dək isti, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacağı bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts