“Sərhədsiz teatr” layihəsi çərçivəsində Gəncə Dövlət Dram Teatrında ilk görüş

Tokio, 17 oktyabr , /AJMEDIA/

Azərbaycan Teatr Xadimləri İttifaqının “Sərhədsiz teatr” layihəsi çərçivəsində ilk görüş keçirilib.
AJMEDIA xəbər verir ki, layihənin əsas məqsədi bölgə teatrlarının Bakıya və digər paytaxt şəhərlərinə inteqrasiyasını təşkil etmək, yaradıcılıq prosesini canlandırmaq, gənc sənətçilərdə yeni axtarışlara stimul yaratmaqdır.
İttifaqın “Yaradıcılıq” şöbəsinin mütəxəssisləri Dağlar Yusifov (Gənclər sektorunun rəhbəri) və Elvin Rüstəmli Gəncə Dövlət Dram Teatrında olublar. Kollektivlə görüşən İttifaq əməkdaşları burada “Aktyorun rol üzərində işi” adlı elmi seminar keçiriblər, habelə yaradıcı heyətlə sənət haqqında söhbətlər aparıblar. Onların problemləri ilə maraqlanaraq, problemlərin həlli yollarını araşdırıblar.
Səmimi şəraitdə keçən görüşdə teatrın rəhbərliyi və kollektivi bölgə teatrlarına göstərdiyi qayğıya görə Teatr Xadimləri İttifaqına minnətdarlıqlarını bildiriblər və bu qayğıdan ruhlanaraq daha yaxşı tamaşalarla çıxış edəcəklərini bildiriblər.
Qeyd edək ki “Sərhədsiz teatr” layihəsi çərçivəsində növbəti səfər Mingəçevir şəhərində olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts