Səkkiz ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 17,4 milyon ton neft daşınıb

Tokio, 16 Sentyabr, /AJMEDIA/

Yanvar-avqust aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 23 milyon 331,3 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən AJMEDIA-ya bildirilib ki, nəqletmənin 74,7 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 8 ayda bu kəmərlə 17 milyon 434,8 min ton neft nəql edilib.

Cari ildə BTC ilə 2 milyon 213,5 min ton tranzit nefti də ötürülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts