Şəhid Nihad Qasımovun ailəsi ziyarət edilib

Tokio, 6 oktyabr , /AJMEDIA/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları sentyabrın 12-dən 14-dək Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Nihad Qasımovun Şəki rayonunun Kiçik Dəhnə kəndində yaşayan ailəsini ziyarət edib, ailənin sosial-məişət vəziyyəti ilə maraqlanıblar.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya verilən məlumata görə, ziyarət zamanı bildirilib ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının nəticəsi olaraq onlarla bağlı sosial dəstək proqramları icra olunur. Qəhrəman hərbçilərimizin ailələrinin sosial-məişət problemlərinin həlli istiqamətində davamlı addımlar atılır.
Xatırladaq ki, 19 yaşlı N.Qasımov bu il sentyabrın 13-ü Kəlbəcər rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts