Şəhid Məhəmmədəli Həsənzadənin xatirəsi anılıb

Tokio, 5 may , /AJMEDIA/

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı rayon nümayəndəliyi tərəfindən Vətən müharibəsində qəhrəmancasına şəhid olan Məhəmmədəli Hörmət oğlu Həsənzadəyə həsr olunan tədbir keçirilib.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev və digər məsul işçilər, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.
İdarədən AJMEDIA-ya bildirilib ki, əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidin keçdiyi şərəfli həyat yolu haqqında məlumat verildikdən sonra mədəniyyət evlərinin dərnək şagirdlərinin ifasında şeirlər söylənilib, kompozisiya nümayiş olunub.
Sonda şəhidin ailə üzvləri tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts