Şəhid Hüseynalı Nəbiyevin ailəsi ziyarət olunub

Tokio, 16 oktyabr , /AJMEDIA/

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Nəbiyev Hüseynalı Hikmət oğludur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhidin ailəsini ziyarət ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildirilib ki, şəhid Hüseynalı Nəbiyevin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsi anılıb.
Cəlilabad rayonu, Bəcirəvan kəndində yaşayan ailəyə şəhid ailələri ilə bağlı həyata keçirilən sosial dəstək tədbirləri barədə məlumat verilib. Şəhid Hüseynalı Nəbiyevin ailəsinin də daim qayğı ilə əhatə olunacağı bildirilib.
Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts