Səbinə Əliyeva: Ermənistan itkin düşmüş şəxslərin taleyi barədə məlumat verməkdən yayınır

Tokio, 25 yanvar , /AJMEDIA/

Azərbaycanın aidiyyəti dövlət orqanları tərəfindən Ermənistana, eləcə də beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edilsə də, bu gün də qarşı tərəf əsassız bəhanələrlə itkin düşmüş şəxslərin taleyi barədə məlumat verməkdən yayınır, əsir və girov götürülmüş azərbaycanlıları müxtəlif ağır işğəncələrə məruz qoymaqla qətlə yetirərək qeyri-insani şəraitdə basdırdıqları kütləvi məzarlıqların xəritələrini verməkdən imtina edir.
AJMEDIA xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın beynəlxalq təşkilatlara ünvanladığı müraciətində əksini tapıb.
Ombudsman, həmçinin bildirib: “Göründüyü kimi, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş, habelə əsir və itkin düşmüş, girov götürülmüş çoxsaylı soydaşlarımızın beynəlxalq müqavilələrdə və milli qanunvericilikdə təsbit olunmuş fundamental insan hüquqları, xüsusən də yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması, şərəf və ləyaqətin müdafiəsi hüquqları kütləvi və kobud şəkildə pozulub”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts