Rusiyalı dematoveneroloqlar Bakıda “Tibbi kosmetologiya” mövzusunda praktiki məşğələlər aparıblar

Tokio, 25 dekabr, /AJMEDIA/

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Rusiya Həkimlərin Fasiləsiz Təhsili Tibb Akademiyası birgə Respublika Diaqnostika Mərkəzinin bazasında ölkəmizdə ilk dəfə olaraq keçirilən “Tibbi kosmetologiya” ixtisası üzrə altı aylıq hazırlıq kursu davam edir.

AJMEDIA xəbər verir ki, institutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kursun məqsədi tibbi kosmetologiya ixtisası üzrə fəaliyyət göstərən həkimlərin təhsil və peşə ehtiyaclarının ödənilməsi, bilik və təcrübi vərdişlərinin mənimsənilməsinin və müasir standartlara uyğunluğunun təmin olunmasıdır.

Bu həftə Bakıya ezam olunmuş Rusiya Həkimlərin Fasiləsiz Təhsili Tibb Akademiyasının dermatovenerologiya və kosmetologiya kafedrasının professoru, Avropa Dermatovenerologiya Akademiyasının və Avropa Saç Tədqiqatları Cəmiyyətinin üzvü Yuliya Qalyamova və həmin kafedranın dosenti Tatyana Sısoyeva Respublika Diaqnostika Mərkəzində seminar və praktiki məşğələlər aparıblar.

Kursda dəri kosmetologiyası məsələləri araşdırılıb, müxtəlif qeyri-invaziv və invaziv müalicə prosedurlarının aparılması bacarığı öyrədilib. Eyni zamanda həmin bölmə üzrə imtahan keçirilib, müdavimlərin bilik və bacarıqları qiymətləndirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts