Rotterdamdan dünya azərbaycanlılarına çağırış: cənublu soydaşlarımızı dəstəkləyək

Tokio, 26 dekabr , /AJMEDIA/

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) nəzdində fəaliyyət göstərən “Qarabağ” idman klubunun ofisində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir təşkil edilib.
AJMEDIA xəbər verir ki, əvvəlcə Vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbiri açan Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş həmrəylik bayramının tarixinə toxunub, bu günün dünya azərbaycanlıları üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
E. Məmmədov Niderlandda yaşayan soydaşlarımızın Laçın-Xankəndi yolunda Qarabağdakı təbii sərvətlərimizin qanunsuz şəkildə istismarının dayandırılması üçün dinc etiraz aksiya keçirən Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinə, ekofəallara dəstək olduqlarını bildirib.
Avropada işgüzar səfərdə olan Media Araşdırmaçılar və Monitorinq Mərkəzinin və “Reaksiya TV”nin rəhbəri Zaur Qərib bu tədbirin dünya azərbaycanlılarının həmrəyliyini əks etdirdiyini vurğulayıb, Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının fəallığından söz açıb.
Ana Vətən Avropa Azərbaycanlı Qadınları Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva və Niderland Azərbaycan Odlar Yurdu Cəmiyyətinin rəhbəri Firəngiz Bağırova soydaşlarımızı bu əlamətdar gün münasibətilə təbrik edib, onlara Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında uğurlar arzulayıblar.
Benilüks Azərbaycanlıları Konqresinin tərkibində yeni yaranmış Güney Azərbaycanlıları nümayəndəliyinin başçısı Araz Ataxan Qərbi Azərbaycanın tarixinə, eləcə də Arazın o tayında baş verən hadisələrə toxunub, dünya azərbaycanlılarını cənublu qardaş və bacılarımızı dəstəkləməyə çağırıb.
Tədbir Haarlem “Körpə Fidanlar” musiqili teatr qrupunun və Rotterdam həftəsonu məktəbinin şagirdlərinin musiqi proqramı ilə davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts