Regionlarda qeydiyyatda olan şəxslər xidmətlər zərfi çərçivəsində Bakıda ödənişsiz müalicə ala bilər

Tokio, 16 iyul , /AJMEDIA/

Regionlarda qeydiyyatda olan şəxslər İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində Bakıda ödənişsiz müalicə ala bilər.
AJMEDIA İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi instaqram səhifəsində yerləşdirilən videoçarxa istinadla bildirir ki, vətəndaş qeydiyyatda olduğu və yaşadığı ünvandan asılı olmayaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki, istənilən dövlət tibb müəssisəsinə ambulator yardım – ixtisaslı həkimin müayinə və müalicəsi üçün müraciət edə bilər. Vətəndaşa dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə göndəriş vərəqəsi verilir. Həmin şəxs göndərişin mümkün olduğu tibb müəssisələri və həkimlər arasında seçim edə bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts