Quşların mühafizə edilməsi məqsədilə elektrik ötürücü dirəklərə xüsusi örtüklərin quraşdırılmasına başlanılıb

Tokio, 12 yanvar, /AJMEDIA/

IDEA İctimai Birliyi, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən quşların mühafizə edilməsi məqsədilə elektrik ötürücü dirəklərə xüsusi örtüklərin quraşdırılmasına başlanılıb.

AJMEDIA xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, konus formalı örtüklər Goranboy, Yevlax, Bərdə, Ağcabədi, Salyan, Masallı və Ucar rayonlarında olduğu kimi elektrik xətlərinin keçdiyi yerlərdə quşların tələfatının ən yüksək olduğu ərazilərdə quraşdırılacaq.

Örtüyün rəngi və forması quşların dirəklərdə yuva qurmasının qarşısını alacaq, həm quşları, həm də elektrik xətlərini qoruyacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts