Qurban bayramı ilə bağlı heyvan satışı, kəsimi həyata keçirilir və satış şəbəkələri fəaliyyət göstərir

Tokio, 9 iyul , /AJMEDIA/

İyulun 9-10-da qeyd olunan Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.
AJMEDIA xəbər verir ki, onlardan 61-də həm kəsim, həm satış, 54-də qurbanlıq heyvanların satışı, 19-da isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Bu satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunur. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir.
Ölkəmizdə fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Vətəndaşlar həmin ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları http://afsa.gov.az/uploads/satish_2022.pdf linkinə daxil olmaqla əldə edə bilərlər.
Respublika üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları isə http://afsa.gov.az/uploads/kesim_2022.pdf linkindən əldə etmək mümkündür.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Qurban bayramına dair tövsiyələrində bildirilib ki, Qurban bayramına dair hökmlərə və şəriət qaydalarına əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq – böyük savab sayılır.
Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunu

Follow us on social

Facebook Twitter Youtube

Related Posts