Qrip infeksiyalarına qarşı təsirli vasitə – nar şirəsi

Tokio, 28 oktyabr , /AJMEDIA/

Nar şirəsi mədə ağrıları, başağrısı, hipertoniya, öskürək, isitmə, soyuqdəymə və s. xəstəliklərin müalicəsində geniş istifadə edilir. Narın dənəsi, qabığı, yarpağı, çiçəyi də müalicə vasitəsi istifadə edilir.
AJMEDIA xəbər verir ki, bu fikirləri Dövlət Aqrar Universitetinin dosenti Hüseyn İdrisov deyib.
“Nar giləsinin kumarinlərlə zənginliyi onu infarkta və insulta qarşı yaxşı vasitəyə çevirir. Meyvə qabığında olan polifenollar dizenteriyaya qarşı istifadə edilir. Nar meyvələri qan dövranı orqanlarının, ürək, qaraciyər, öd yolları, böyrək, ağciyər xəstəlikləri zamanı çox faydalıdır. Şəkərli diabet zamanı gündə 3 dəfə turş nar şirəsi yarım stəkan içildikdə fayda verir. İnfeksion xəstəliklərdən və cərrahi əməliyyatlardan sonra, mədə-bağırsaq pozuntuları, mədə ağrıları, böyrək tutmaları zamanı şirin nar şirəsi faydalıdır,” – deyə mütəxəssis bildirib.
Narın tərkibində bol miqdarda C vitamini, polifenol, dəmir, kalium var. İmmunitet sistemini gücləndirir və qrip infeksiyalarına qarşı yaxşı təsirli vasitədir. Bundan əlavə, xolesterin və şəkəri tarazlaşdıran nar xərçəng hüceyrələrinin inkişafının qarşısını alır, ürək sağlamlığını qorumağa kömək edir.
Təbii nar şirəsini saxlamaq olmaz, şirəni hazırladıqdan dərhal sonra qəbul etmək lazımdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts