Qobustanda şəhid Elyar Vəliyevin xatirəsi ehtiramla yad olunub

Tokio, 18 oktyabr , /AJMEDIA/

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elyar Arif oğlu Vəliyev 1991-ci il oktyabrın 17–də Qobustan rayonunun Sədəfli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirib, hərbi xidmətə gedib. Vətən müharibəsi başlayanda Elyar da erməni işğalçılarına qarşı döyüşlərə atılıb. Müxtəlif istiqamətlərdə, o cümlədən Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasında Azərbaycan Ordusunun giziri kimi qəhrəmanlıqla vuruşub. Oktyabrın 19-da qanlı döyüşlərin birində şəhid olub. Hazırda doğulub boya- başa çatdığı Sədəfli kənd qəbiristanlığında uyuyur.
AJMEDIA xəbər verir ki, şəhid Elyar Vəliyevin doğum günü Sündü kənd qəbiristanlığında anım mərasimi ilə qeyd olunub. Rayon rəhbərliyinin, şəhid ailələrinin, kənd sakinlərinin, məktəblilərin, şəhidin yaxınlarının iştirak etdiyi mərasimdə Elyarın məzarı üstünə çiçəklər düzülüb, ruhuna dualar oxunub.
Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, əsgər və zabitlərimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə göstərdikləri şücaət və qəhrəmanlıqlardan danışılıb. Elyar və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı, düşmənin diz çökdürüldüyü söylənilib.
Mərasimdə çıxış edən şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, gizir Elyar Vəliyev ölümündən sonra Prezidentin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts