Qızılgül suyu dərini sağlam saxlayır və qocalma ilə mübarizə aparır

Tokio, 25 aprel , /AJMEDIA/

Bütün dəri növləri üçün faydalı olan qızılgül suyu dərini sakitləşdirməyə, rəng bərabərsizliyini aradan qaldırmağa və dərini nəmləndirməyə kömək edir. Dərini yumşaltmaqdan təbii parıltı verməyə qədər bir çox gözəl nəticə əldə etmək üçün gül suyundan istifadə etmək məsləhət görülür.
AJMEDIA tibbi saytlara istinadən bildirir ki, sabun və üz təmizləyici vasitələrdən istifadə dərinin ph səviyyəsini korlayır. Bu vəziyyət akne xəstəliyi kimi problemlərə səbəb ola bilər. Gül suyu dərinin ph səviyyəsini normaya gətirərək, tarazlayır. Sızanaq və aknelərin qarşısını alır, artıq yağlardan dərinin təmizlənməsinə kömək edir. Gül suyu, məsamələrə yerləşərək nəmləndirir və dərinin yenilənməsinə səbəb olur, üzdəki şişkinliyi azaldır, qızartı və qıcıqlanmanı aradan qaldırır. Ən yaxşı cəhəti isə dəriyə heç bir əks təsirinin olmamasıdır.
Dərinin günəşin zərərli şüalarına məruz qalması və tərkibində kimyəvi maddələrin olduğu məhsullardan istifadə dəridə qocalmanı sürətləndirir. Gül suyu, antioksidant tərkibli olması sayəsində dərini sağlam saxlayır və qocalma ilə mübarizə aparır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts