Qırmızı dənizdə quru yük daşıyan gəmi batıb

Tokio, 3 mart , /AJMEDIA/

Fevral ayında hücuma məruz qalan “Rubymar” quru yük gəmisi Qırmızı dənizdə batıb.

AJMEDIA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Yəmən hökumətinin bəyanatına istinadla məlumat yayıb. Yəmənin “Saba” dövlət agentliyinin məlumatına görə, “Rubymar”da vəziyyətin monitorinqi ilə məşğul olan böhran qrupu elan edib ki, gəmi martın 1-də axşam batıb. Buna əlverişsiz hava şəraiti və dənizdə güclü külək səbəb göstərilir.

Fevralın 19-da Ədən körfəzində Britaniyanın “Rubymar” gəmisinə husilərin zərbə endirdiyi, nəticədə gəminin ciddi zərər çəkdiyi barədə xəbər verilmişdi.

Buna qədər üsyançı husilər Qırmızı dənizdə və Ədən körfəzində iki ticarət gəmisinə 6 raket zərbəsi endiriblər, gəmilərdən biri zərər çəkib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts