Qazaxıstanın Türküstan vilayətində Azərbaycanın mədəni irsinə həsr olunmuş tədbir təşkil edilib

Tokio, 5 oktyabr , /AJMEDIA/

Qazaxıstanın Türküstan vilayətində “Azərbaycan dili, mədəniyyəti və adət-ənənələri” mövzusunda tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildiriblər ki, “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə Sayram rayonunun Karasu kəndində baş tutan tədbirdə yerli hakimiyyət orqanlarının, Qazaxıstan Xalq Assambleyasının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən birliyin sədri Ramilə Mustafayeva qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız milli kimliyi, doğma dili, Azərbaycanın zəngin mədəni irsi ilə qürur duyur və bu xəzinəni yaşadıqları ölkələrdə təbliğ etməkdən usanmırlar.
Tədbir adət-ənənələrimizi əks etdirən mərasimlərdən, xalq mahnılarımızdan və milli rəqslərimizdən ibarət bədii proqramın təqdim olunması ilə yekunlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts