Qarabağa gedən avtobusların sürücüləri mina təhlükəsizliyinə dair təlimlərə cəlb olunub

Tokio, 18 yanvar, /AJMEDIA/

Qarabağa gedən avtobusların sürücüləri mina təhlükəsizliyinə dair təlimlərə cəlb olunub.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

O bildirib ki, avtobus sürücülərinə əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürası yerləşdiriləcək. Avtobuslar ilkin tibbi yardım çantaları ilə təchiz edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts