“Qarabağ xalçaları” adlı tövsiyə biblioqrafiyası istifadəçilərə təqdim edilib

Tokio, 24 dekabr , /AJMEDIA/

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən “Qarabağ xalçaları” adlı tövsiyə biblioqrafiyası hazırlanaraq virtual istifadəçilərə təqdim edilib.
Kitabxanadan AJMEDIA-ya verilən məlumata görə, biblioqrafik göstəricidə kitablarda, məcmuə və dövri mətbuat səhifələrində dərc olunmuş materiallar öz əksini tapıb. Vəsaitdə ədəbiyyat xronoloji prinsip əsasında, daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılıb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş “Qarabağ xalçaları” adlı tövsiyə biblioqrafiyası ilə https://clb.az/biblioqrafik-xidmət/milli-edebiyyat/tovsiye-biblioqrafiyasi/qarabag-xacalari linkindən tanış olmaq olar.
Qeyd edək ki, biblioqrafik göstəricidə görkəmli şəxsiyyətlərin Azərbaycan xalçaları haqqında fikirləri qeyd olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts