Qarabağ müharibəsinə həsr olunmuş “Dolu” filmi nümayiş etdirilib

Tokio, 28 sentyabr , /AJMEDIA/

27 sentyabr – Anım Günü ilə əlaqədar Xətai rayonu Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qarabağ müharibəsinə həsr olunmuş “Dolu” filmi nümayiş etdirilib.
AJMEDIA xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və digər qonaqlar çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü, qüdrəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərin əhəmiyyətindən danışıblar. Qəhrəman vətən övladlarımızın şəhidlik zirvəsinə ucalmaları, şəhid adının müqəddəsliyi, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər.
Tədbir zamanı səhnədə quraşdırılmış ekranda Qarabağ müharibəsinə həsr olunmuş “Dolu” filmi nümayiş olunub.
Filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Mili Məclisin deputatı Aqil Abbasdır. Film Azərbaycanın döyüş yolu və Azərbaycan- Ermənistan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts