Qarabağ iqtisadi rayonunda ilk mərhələdə 2026-cı ilədək Ağdam və Füzuli şəhərləri və 32 kənd yenidən qurulacaq

Tokio, 8 oktyabr , /AJMEDIA/

İşğaldan azad edilmiş ərazilərdə bütün bərpa və reabilitasiya prosesini 3 əsas mərhələyə bölmək olar. Birinci mərhələni 2026-cı ilədək başa çatdırmalıyıq. Burada əsas hədəflərimiz Ağdam və Füzuli şəhərlərinin 2 şəhər mərkəzini və 32 kəndi yenidən qurmaqdır.
AJMEDIA xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Naftalan – Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
“Bundan əlavə, Hadrut, Tuğ və Suqovuşan kimi 3 potensial turizm istiqaməti inkişaf etdiriləcək. İlkin proqnoza görə, birinci mərhələdə 66 minə yaxın keçmiş məcburi köçkün öz yeni evlərinə qayıda biləcək. Ümumiyyətlə, hər bir layihənin uğurlu olması üçün onun öz məqsədləri olmalıdır. Biz Qarabağ iqtisadi rayonunun hər bir şəhərini öz potensial gücü ilə yüksək səviyyədə inkişaf etdirərək bərpa etməyi qarşımıza məqsəd qoymuşuq”, – deyə Emin Hüseynov bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts