Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Haydn-290” adlı tədbir keçirilib

Tokio, 28 aprel , /AJMEDIA/

Aprelin 27-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Haydn-290” adlı tədbir keçirilib.
AJMEDIA xəbər verir ki, tədbirin təşkilatçısı və aparıcısı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Nəzəriyyə şöbəsinin müəllimi Fəriqə Məmmədzadə Vyana klassik məktəbinin XVIII əsrin ikinci yarısı–XIX əsrin birinci rübündə Avropa musiqisinin zirvəsində olması haqqında danışaraq, eləcə də bu məktəbin Yozef Haydn, Volfqanq Amadey Motsart və Lyudviq van Bethoven kimi bəstəkarlar tərəfindən təmsil edildiyini vurğulayıb. Onların yaradıcılığında dövrün aparıcı instrumental janrları olan – simfoniya, sonata, instrumental konsert (solist və orkestr üçün) və kvartet, həmçinin sonata-simfonik silsilənin formalaşmasından danışan F.Məmmədzadə, XVIII əsrin ikinci yarısının görkəmli Avstriya bəstəkarı, simfoniyanın və kvartetin atası adlandırılan Yozef Haydnın musiqi yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Qeyd edək ki, tədbirdə bəstəkarın həyat və yaradıcılığı ilə yanaşı, videoçarxlar, fotoslaydlar təqdim edilib. Məktəbin şagirdləri tərəfindən bəstəkarın əsərlərindən ibarət ifalar da səslənib.
Tədbirin sonunda məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli çıxış edərək tədbirin təşkilatçısına və iştirakçılara öz təşəkkürünü bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts