“Qalib sərkərdə” adlı kitabın təqdimatı olub

Tokio, 25 dekabr, /AJMEDIA/

Bakıda Atatürk Mərkəzində Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) sifarişi ilə Aygül Bağırovanın “Qalib sərkərdə” adlı kitabının təqdimatı keçirilib.

AJMEDIA xəbər verir ki, təqdimat mərasimində elm və mədəniyyət xadimləri iştirak ediblər.

Təqdimatda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsi ərzində Prezident İlham Əliyevin həm hərbi, həm də diplomatik sahədə atdığı addımlardan danışıblar, kitabdakı qeydlərdən sitatlar gətiriblər.

Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki “Uluu Toolor” nəşriyyatında çap olunan kitabın “ön söz”ünü Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Əməkdar elm xadimi Nizami Cəfərov yazıb.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş 400 səhifəlik, üç hissədən ibarət kitabda Prezident İlham Əliyevin fəaliyyət xətti ardıcıl olaraq izlənilir.

Kitabda Azərbaycan Prezidentinin bütün fəaliyyətinin məhz torpaqların işğaldan azad olunmasına yönəldiyi bir daha sübut edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts