Paytaxtın ticarət dövriyyəsinin həcmi artıb

Tokio, 1 oktyabr , /AJMEDIA/

Cari ilin yanvar-avqust aylarında paytaxtın ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq 17 milyard 506,6 milyon manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən AJMEDIA-ya bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 9 milyard 676,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,8 faiz artaraq 7 milyard 830,4 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts