Paşinyan: “Azərbaycan Ordusu Xankəndiyə gedən bütün torpaq yollarına birbaşa nəzarət edir”

Tokio, 30 mart , /AJMEDIA/

Azərbaycan Ordusu Xankəndiyə gedən Kiçik Qaladərəsi, Böyük Qaladərəsi və digər bu kimi kəndlərin torpaq yollarına birbaşa nəzarət edir.

AJMEDIA xəbər verir ki, bu barədə bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında məlumat verib.

“Azərbaycan bunu Ermənistandan Qarabağa hərbi yüklərin və şəxsi heyətin daşınması ilə izah edir. Bu, tamamilə doğru olmayan məlumatdır.

Ermənistan Qarabağa hərbi nəqliyyat keçirmir və Qarabağda ordusu yoxdur”, – deyə Paşinyan bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts