Özbəkistanın Namanqan şəhərində “Namangan Flowers -2022” 61-cı beynəlxalq gül festivalı keçirilir

Tokio, 23 may , /AJMEDIA/

Özbəkistanın Namanqan şəhərində “Namangan Flowers-2022” 61-cı beynəlxalq gül festivalı keçirilir.
AJMEDIA xəbər verir ki, bu şəhərdə 1961-ci ildən keçirilən gül bayramı hər il şəhər sakinlərini və qonaqları özünə cəlb edir.
Yubiley bayramında bir sıra ölkələrdən gələn professional gülçülər, landşaft dizaynerləri, tanınmış floristlər və gül həvəskarları iştirak ediblər.
Festival güllərlə bəzədilən 200-dən artıq müxtəlif markalı minik maşınının, retro avtomobillərinin, motosikletlərin və kənd təsərrüfatı texnikasının paradı ilə açılıb, maşınlar şəhərin mərkəzi küçələrindən keçib.
Nəqliyyat vasitələrinin bəzədilməsinə 15 milyon ədəd müxtəlif gül işlədilib.
Maşınların paradını şəhər sakinləri və qonaqlar alqışlarla qarşılayıblar.
Namanqan vilayətinin hakimi Şavkat Abdurazakov şəhər sakinlərini və qonaqları salamlayıb, güllərin sülh, məhəbbət və inkişaf rəmzi olduğunu bildirib. Deyilib ki, 61-cı dəfə keçirilən gül bayramının əsas məqsədi insanlara sevinc və fərəh bəxş etmək, gülçülüyün inkişafına dəstək olmaq, yeni innovasiya texnologiyalarından istifadə etməklə gülçülüyü gəlirli sahəyə çevirməkdən ibarətdir.
Gül festivalı mayın 31-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts