Ötən həftə 108,5 hektar ərazi minadan təmizlənib – ANAMA

Tokio, 20 dekabr, /AJMEDIA/

Dekabrın 13-dən 18-dək 108,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AJMEDIA xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında deyilir.

Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 2 piyada əleyhinə mina, 18 tank əleyhinə mina və 166 partlamamış hərbi sursat aşkarlanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts