Oruc tutmağın orqanizmə faydası

Tokio, 24 aprel , /AJMEDIA/

İnsan qidalanmasına nə qədər diqqət yetirsə də, bədən toksinlərdən təmizlənmədikcə lazım olan faydanı əldə etmək mümkün deyil. Ramazan ayı boyu tutulan oruc bədəni zərərli maddələrdən təmizləməkdə çox böyük rol oynayır və bununla revmatizm, şəkərli diabet, piylənmə, miqren və digər xəstəliklərdən qurtulmaq olur. Oruc tutmaqla il ərzində fasiləsiz olaraq işləyən orqanlara dinclik verilir.
AJMEDIA xəbər verir ki, həkim-terapevt Emin Məmmədovun dediyinə görə, orucun faydasını görmək üçün onu düzgün və sağlam şəkildə tutmaq lazımdır: “8-12 saat və daha çox fasilə verməklə qidalanana zaman orqanizmdə yenilənmə prosesi gedir. Xüsusilə mədəaltı vəzin sürətli bərpası gedir. Zərərli vərdişlərdən uzaq olduğu üçün qaraciyər, mədəaltı vəz, mədə-bağırsaq sistemində yenilənmə və bərpa prosesi həyata keçirilir”.
Ac qalınan müddət ərzində əvvəlcə mədədəki bütün qidalar həzm olunur, daha sonra isə enerji ehtiyacını ödəmək üçün qaraciyər və əzələlərdəki yağlar işə düşür. Yağların əriməsi xolesterin səviyyəsini normallaşdırır, artıq çəki və şəkərli diabet riskini azaldır. İnsan bədəni oruc tutduğunu yeməkdən 8 saat sonra anlayır. Bir həftə ərzində bədən artıq bu rejimə tam uyğunlaşır, 16-30-cu günlər aralığında isə yoğun bağırsaq, böyrək və dəri toksinlərdən azad olur. Həmin müddətdə orqanlar maksimum fəaliyyətini bərpa edir, yaddaş və konsentrasiya güclənir. Lakin Ramazan ayı bitəndən sonra da bir sıra məqamlara fikir vermək lazımdır. ”Oruc tutan kəs qəfil gündə üç-dörd dəfə yemək yeməyə başlasa, təbii ki, onlarda mədə, mədəaltı vəz , həzm sistemi orqanları və yaxud da diabeti, təzyiq xəstəsi olanlarda ciddi kliniki əlamətlər meydana çıxacaq. Təzyiqin yüksəlməsi və təzyiqin qəfil düşməsi halı, kəskin mədə ağrıları, ishal əlamətləri ilə özünü büruzə verə bilər. Qidalanmaya keçidin mərhələli şəkildə və tədricən olması tövsiyə edilir”, – deyə həkim-terapevt bildirib.
Orucluqdan sonra qeyri-sağlam qidalanma rejimi həm də artıq çəkinin yaranmasına səbəb ola bilər. Oruc, həmçinin insanın iradəsini də gücləndirir. Ona görə də müqəddəs ayda pis vərdişlərdən xilas olmaq, yaranan imkandan səmərəli istifadə edib sağlam həyata davam etmək lazımdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts