Ordubad rayonunun Ağdərə qəsəbəsində qar örtüyünün hündürlüyü 41 santimetrə çatıb

Tokio, 28 yanvar, /AJMEDIA/

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 28-i saat 11:00-a olan məlumatına əsasən, yanvarın 27-si günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağıb.

AJMEDIA xəbər verir ki, Xidmətdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Salyanda 9, Sarıbaş (Qax), Şahbuzda 6, Sabirabad, Cəfərxanda 4, Lerik, Kişçay (Şəki), Ordubad, Naxçıvan, Daşkəsən, Göygöl, Qobustan, Qusar, İmişli, Şamaxı, İsmayıllı, Ağsu, Şabranda 1, Bakıda və Abşeron yarımadasında: Binədə 4, Pirallahıda 3, Bakı və Maştağada 1 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 41, Sarıbaşda (Qax) 29, Şahbuzda 15, Qrızda 13, Lerikdə 7, Naxçıvanda 6, Kişçayda (Şəki) 5, Xaltanda 4, Şamaxıda 2, Daşkəsəndə 1 santimetr təşkil edib.

Şimal-qərb küləyinin sürəti Tərtərdə arabir 18, Bakıda və Abşeron yarımadasında isə arabir 20 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Havanın minimal temperaturu bu gecə aran rayonlarında 1° şaxtadan 3°-dək isti, dağlıq rayonlarda 5-10° şaxta, Naxçıvan Muxtar Respublikasında 3-8° şaxta, Bakıda və Abşeron yarımadasında 3°-dək isti olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts