Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Tokio, 29 mart , /AJMEDIA/

Mədəniyyət Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə əməkdaşlığı çərçivəsində Azərbaycanı təmsil edən oyun tərtibatçıları ABŞ-da keçirilən Oyun Tərtibatçıları Konfransında iştirak etmək hüququ qazanıb.

AJMEDIA xəbər verir ki, təmsilçilərimizə İRİA-nın həyata keçirdiyi “Roadshow” layihəsi çərçivəsində dəstək göstərilib.

Oyun sənayesi sahəsinin mədəniyyət və yaradıcı sənayelərin önəmli klasterlərindən olduğunu nəzərə alaraq “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq bəndinin icrası ilə əlaqədar Mədəniyyət Nazirliyi də sözügedən konfransda təmsil olunub.

2024-cü ilin mart ayında San Fransisko şəhərində keçirilən (Game Developers Conference) konfransda dörd ədəd oyun studiyası (“Dynamic Box”, “Cool Bears”, “Darts Games”, “AzDimension”) və bir ədəd oyun inkubasiya mərkəzi (“Gamepons”) iştirak edib.

“Gametech” Azərbaycanda yeni investisiyaları cəlb etməyə, hekayələr, qrafik dizayn və animasiya kimi sahələrdə çalışan mütəxəssislərin təkmilləşməsinə, mədəni irsin tanıdılmasına və qeyri-neft sektorunun şaxələndirilməsinə təkan verir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts