Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Tokio, 20 noyabr , /AJMEDIA/

Azərbaycanda noyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12°, gündüz 14-17° isti, Bakıda gecə 10-12°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacağı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts