“Novruzlu nağıl bağı” adlı musiqili-nağıl tamaşa təqdim edilib

Tokio, 12 mart , /AJMEDIA/

Martın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Novruzlu nağıl bağı” adlı musiqili-nağıl tamaşa təqdim edilib.

Kitabxanadan bildirilib ki, tamaşadan əvvəl teatrın foyesində uşaq və yeniyetmələrin “Bahar” və “Novruz” ilə bağlı rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub.

Tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı və Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev bütün iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediblər. Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələr arasında milli-mənəvi dəyərləri gələcək nəslə ötürməkdir.

“Novruzlu nağıl bağı” adlı tamaşa boyu uşaqlar milli-mənəvi dəyərləri özündə ehtiva edən, xalqımızın ən gözəl bayramlarından olan Novruz ilə bağlı bir-birindən maraqlı kompozisiya və rəqslərlə çıxış edib.

Tədbirdə 1 saylı uşaq evi, 1 və 2 nömrəli Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, SOS Uşaq Kəndinin, həmçinin Bakı şəhəri üzrə Ümumtəhsil məktəblərinin şagirdləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Kitab Mərkəzi, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev, Gəncliyə Yardım Fondu, Səssiz ünsiyyət İB əməkdaşları və Uşaq yazarlarından Sevinc Nuruqızı və Solmaz Amanova iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts