Növbəti iki ay ərzində daha 500 mənzil və fərdi evin şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilməsi planlaşdırılır

Tokio, 16 iyul , /AJMEDIA/

Bu il şəhid ailələrinə və müharibə əlillərinə 600 mənzil təqdim edilib və nəzərdə tutulan plan 1500 mənzildir. Növbəti iki ay ərzində daha 500 mənzil və fərdi evin bu kateqoriyadan olan insanlarımıza təqdim edilməsi planlaşdırılır. Beləliklə, Bakı, Sumqayıt və Abşeron ərazisində əsas kontingent olan şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatını yekunlaşdıracağıq.
AJMEDIA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.
Nazir bildirib ki, paralel olaraq regionlarımızda, böyük şəhərlərimizdə də bu iş davam etdirilir. Əlavə olaraq, cari ilin birinci yarısında 100 avtomobil də müharibə əlillərinə təqdim edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts