Niderland şirkətində Novruz bayramı qeyd edilib

Tokio, 22 mart , /AJMEDIA/

Niderland Krallığının böyük şirkətlərində işləyən bir qrup azərbaycanlı gənc Novruz bayramı ilə əlaqədar tanıtım tədbiri keçiriblər.

AJMEDIA xəbər verir ki, Novruz bayramının qeyd edildiyi digər ölkələrin nümayəndələri ilə birlikdə azərbaycanlı gənclər Novruz adət-ənənələrindən danışıblar. Onlar ölkəmizdə Novruzun necə qeyd edilməsindən söz açıblar.

Gənclərimizin hazırladığı stend yüksək qiymətləndirilib.

Azərbaycanlı gənc qızlar milli geyimlərdə rəqslərimizi təqdim ediblər. Sonda 200 nəfərdən ibarət kollektiv Novruz sovqatlarına qonaq edilib. Elvin Əsədov və Jalə Fərzəliyevanın mili geyimdə rəqs etmələri qonaqların rəğbətini qazanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts