NHK telekanalı: Yaponların təqribən yarısı yeni növ AES-lərin fəaliyyətini dəstəkləyir

Tokio, 13 sentyabr , /AJMEDIA/

Yaponiya əhalisinin azı 48 faizi ölkədə yeni növ reaktorlarla çalışan atom elektrik stansiyalarının (AES) fəaliyyətini dəstəkləyir.
AJMEDIA xəbər verir ki, bu barədə NHK telekanalı keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb. Bildirilir ki, respondentlərin 32 faizi bunun əleyhinə olduğunu bildirib. Daha 20 faiz cavab verməkdə çətinlik çəkdiyini deyib.
Qeyd edilir ki, telekanalın keçirdiyi sorğuda bütün ölkə üzrə 1255 nəfər iştirak edib.
Bununla yanaşı, “Yomiuri” qəzetinin sentyabrın 5-də keçirdiyi sorğunun nəticələrinə görə yaponların 52 faizi hökumətin 2011-ci ilin martında baş vermiş zəlzələ nəticəsində “Fukusima-1” AES-də qəzadan sonra fəaliyyəti dayandırılmış atom elektrik stansiyalarını bərpa etmək planını dəstəklədiyini bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts