Nəsimi rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tokio, 29 iyul , /AJMEDIA/

Nəsimi rayonunda Vətən müharibəsi şəhidi Həsənov Faiq Hüseyn oğlunun doğum günündə əziz xatirəsi yad olunub.
AJMEDIA xəbər verir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri və kollektivi, rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri Faiq Həsənovun məzarını ziyarət edib, önünə əklil qoyub, ruhuna dualar oxuyublar.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edildiyi, onların əziz xatirələrinin daim uca tutulduğu diqqətə çatdırılıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşlərə qatılan Faiq Həsənov Cəbrayıl və Füzulinin rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. O, 2020-ci il oktyabrın 5-də Füzuli uğrunda gedən döyüşlər zamanı şücaət göstərərək qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Həsənov Faiq Hüseyn oğlu ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts