Nəsimi rayonunda abadlıq və quruculuq işləri aparılır

Tokio, 6 aprel , /AJMEDIA/

Paytaxtın Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Rayon icra hakimiyyətindən AJMEDIA-ya verilən məlumata görə, hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov 45 və 47 nömrəli binalarda dam örtükləri əsaslı təmir olunub, blokların qapı və pəncərələri yeniləri ilə əvəz edilib, yağış suları axıdan boru və navalçalar dəyişdirilib.

Hazırda həyətlərdə ağacların aqrotexniki qaydada budanılması, binaların fasadlarında bərpa və rəngləmə işləri aparılır, yeni bordürlər və tamet daşları vurulur, istinad divarları hörülür.

Yaşayış binalarında sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif növ uşaq oyun elementlərinin və idman qurğularının quraşdırılması, söhbətgahların, oturacaqların quraşdırılması, avtomobillərin parklanması üçün xüsusi yerlərin ayrılması da nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts