Muzeylər maddi, mənəvi dəyərlərin qorunması və təbliğində mühüm rol oynayır

Tokio, 13 aprel , /AJMEDIA/

AMEA Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universitetinin Tarix ixtisasının hamiliyə götürülən tələbələrinin iştirakı ilə keçirilən tədbirlər davam edir.

AJMEDIA xerir ki, AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Naxçıvan muzeyləri” mövzusunda tədbirdə çıxış edən bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının gənc mütəxəssislərin formalaşmasında, ixtisaslarını mənimsəməsində əhəmiyyətindən bəhs edib.

Professor muzeylərin maddi, mənəvi dəyərlərin qorunması, öyrənilməsi və təbliğində mühüm önəm daşıdığını deyib, Azərbaycanda muzeylərin yaradılma tarixinə nəzər salıb.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbirdə tələbələrdə elmə marağın artırılması istiqamətində söhbət aparıb, elm sahəsində fəaliyyət göstərməyin faydalarından, Vətənimizin, elmimizin gələcək inkişafına qazandırdığı töhfələrdən söz açıb. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda aparılan tədqiqatları, arxeoloji ekspedisiyaların mahiyyətini və əldə olunan elmi nəticələri gənclərin diqqətinə çatdıran bölmə rəhbəri bütün elm sahələri, o cümlədən tarix elm sahəsi üzrə bacarıqlı, həvəsli və savadlı kadrlara ehtiyac olduğunu bildirib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Naxçıvan muzeyləri” mövzusunda çıxış edərək vurğulayıb ki, XIX əsrin sonlarında Nehrəm kəndində məktəb muzeyinin təşkil olunması ilə Azərbaycanda ilk muzey yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Müstəqillik Muzeyi fəaliyyət göstərib, 1920-ci ildən başlayaraq Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə tarix-diyarşünaslıq muzeyləri yaradılıb.

Azərbaycanda muzey şəbəkəsinin sürətli inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu deyən alim ötən əsrin 70-ci illərini, həmçinin dövlət müstəqilliyinin bərpasından sonrakı dövrü muzey işinin sürətli inkişaf dövrü kimi səciyyələndirib. Tədqiqatçı muxtar respublikada fəaliyyət göstərən 23 muzey, 1 muzeytipli müəssisə haqqında müfəssəl məlumat verib.

Bölmənin Arxeologiya və Etnoqrafiya muzeyində davam etdirilən tədbirdə Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun nəzdində fəaliyyət göstərən muzey haqqında ətraflı danışıb. Muzeyin ekspozisiyası ilə tanışlıq zamanı alim muxtar respublika ərazisində aparılan arxeoloji ekspedisiyalarda aşkar edilən maddi-mədəniyyət nümunələri, onların məişətdə istifadəsi haqqında məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts