Muxtar respublikanın yubileyinə həsr olunmuş şahmat üzrə yoldaşlıq görüşü təşkil ediləcək

Tokio, 25 fevral , /AJMEDIA/

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş şahmat üzrə onlayn yoldaşlıq görüşü keçiriləcək.

AJMEDIA-ın Naxçıvan bürosu xəbər verir ki, fevralın 25-i saat 20:30-da Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası, Sədərək Rayon Təhsil Şöbəsi, Balakən Uşaq Gənclər İdman Şahmat məktəbi, Türkiyənin İzmir Deha Satranc klubu, Gürcüstanın Marneuli şəhərindən “İnkişaf və Təhsil” Mərkəzi və Pakistanın Mindsports Assosiyasiyasının birgə təşkilatçılığı ilə 100 dəqiqəlik onlayn yoldaşlıq görüşü lichess.org vasitəsilə canlı təşkil olunacaq.

Görüşdə Azərbaycanın 6 şahmat məktəbi, Türkiyənin 10 şahmat mərkəzi və şahmat klubu, Gürcüstanın 1 şahmat mərkəzi və Pakistanın 1 şahmat mərkəzi olmaqla ümumilikdə 18 komandanın, 100 şahmatçının iştirakı nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts