Muxtar respublikada tibbi-profilaktik tədbirlər davam etdirilir

Tokio, 3 sentyabr , /AJMEDIA/

İnfeksiyaların muxtar respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, müvafiq Tədbirlər Planına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təlim-təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib.
Tərtib edilən qrafik əsasında sentyabrın 10-dək Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarındakı təlim-tədris müəssisələri dezinfeksiya olunacaq.
Ötən gün profilaktik tədbirlər Naxçıvan Dövlət Universitetinin tədris korpuslarının ətraflarında, girişlərdə, otaqlarda, fənn kabinələrində, laboratoriyalar və idman zallarında və daha çox istifadə olunan yerlərdə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin tədris korpusunda, yeməkxana, yataqxana binalarında, həmçinin Naxçıvan Qarnizonu tam orta məktəbində aparılıb. Muxtar respublikanın rayonlarındakı tam orta, uşaq musiqi, şahmat məktəblərində, uşaq bağçalarında da tibbi-profilaktik tədbirlər icra edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts