Müslüm Maqomayevin “Şah İsmayıl” operası yenidən Opera və Balet Teatrının səhnəsində

Tokio, 3 sentyabr , /AJMEDIA/

Oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Müslüm Maqomayevin “Şah İsmayıl” operası növbəti dəfə nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, səhnə əsərində Şah İsmayıl rolunu Təyyar Bayramov, Aslan Şah obrazını isə Taleh Yahyayev ifa edəcək. Digər rolları Gülüstan Əliyeva, Fəridə Məmmədova, Fərid Əliyev, Tural Ağasiyev, Nəzər Bəylərov, Əli Əsgərov və başqaları canlandıracaq.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Ağababa Bünyadzadə, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Əməkdar rəssam Ənvər Almaszadə, xormeysteri Sevzixan Sərdərov, baletmeysteri SSRİ Xalq artisti Qəmər Almaszadə və dirijoru Xalq artisti Cavanşir Cəfərovdur.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts